“Qarabağ” – “Ferentsvaroş” oyununu idarə edəcək hakimlər məlum oldu

Bakıda Ağdamın “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Azpost.info bildirir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün əsas referisi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet Çulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə baş tutacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.