“Qarabağ” fransalı futbolçunu transfer edib

“Qarabağ” heyətinə yeni futbolçu qatıb.

Ağdam təmsilçisi Kiprin AEK (Larnaka) komandasında çıxış edən fransalı futbolçu Ceremi Qnalini transfer edib.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Ceremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.