“Qarabağ” klubu azarkeşlərə müraciət edib

Ağdamın “Qarabağ” klubu Macarıstanın “Ferenstvaroş” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Klubun mətbuat xidməti xəbər verir ki, Ağdam təmsilçisi ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib.

Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır.

“Qarabağ” klubu “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.