Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15 Noyabr 2020 - 10:52

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorçuların döyüşməsinə dair yeni faktlar ortaya çıxıb.

Müxtəlif ölkələrin ekspertləri, jurnalistlər, hətta bəzi media orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin Qarabağdakı hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair məlumatlar, fotolar paylaşılır.

Suriyalı jurnalist, hüquq müdafiəçisi və ekspert Asaad Hanna özünün “Twitter” hesabında Suriyadan Ermənistan tərəfdən Qarabağdakı döyüşlərə cəlb edilmiş 3 muzdlunun fotolarını paylaşıb və onların adlarını açıqlayıb. O yazıb: “Hələbdən olan suriyalı bu 3 oğlan – Harut, Haqub və Musek Azərbaycana qarşı döyüşlərdə həlak olublar”. (Azərtac)