“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib.

Peşəkar Futbol Liqasından bildirilib ki, təşkilati məsələlərlə əlaqədar olaraq, görüş “Azersun Arena”da oynanılacaq.

Mayın 4-də oynanılacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl matçın Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyi açıqlanmışdı.

 

Əvvəlki məqalə

Dubayda dünyanın ən böyük aeroportu tikiləcək

Sonrakı məqalə

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb