“Qarabağ” ilk “onluğ”a düşüb- UEFA reytinqi

Ötən mövsüm UEFA reytinqində öz ölkələrinə ən çox əmsal qazandıran klublar bəlli olub.

İlk “onluq”da Azərbaycan təmsilçisi “Qarabağ” da var.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandıran Ağdam klubunun Avropa Liqasındakı uğurlu çıxışı Azərbaycana 4.750 əmsal qazandırıb. Ölkə çempionu bu göstərici ilə İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə 6-7-ci yerləri bölüşdürür.

50 komandanın yer aldığı siyahıda “köhlən atlar” yalnız Çexiyanın “Viktoriya” (5.625), Belçikanın “Brügge” (5.100), Türkiyənin “Fənərbağça” (5.000), Yunanıstanın “Olimpiakos”(4.900) və Danimarkanın “Kopenhagen” (4.875) klublarından geri qalıb.

Qeyd edək ki, ötən mövsüm “Qarabağ” Avropa Liqasında 1/8 final mərhələsinə kimi irəliləyərək Azərbaycan futbolunda tarixi uğura imza atıb. Komanda bu raundda Almaniyanın “Bayer” komandasına iki görüşün nəticəsinə əsasən məğlub olaraq avrokuboklarla vidalaşıb(azərtac).

Əvvəlki məqalə

Ağdaşda məktəbdə yoxlama aparılıb, direktor işdən çıxarılıb

Sonrakı məqalə

Əli Laricani prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçib