“Qarabağ probleminin həllində yeni resept tapmaq çətindir”.
“Report”un Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç “Rossiya Seqodnya” informasiya agentliyində keçirilən mətbuat konfransında deyib.
“Dağlıq Qarabağ probleminin həlli 100% ATƏT-in fəaliyyət dairəsindədir. Əlbəttə, danışıqlarda deyilən kəskin bəyanatlar ev hazırlığıdır. Amma mən inanıram ki, addım-addım irəliləyəcəyik. Və gözlənilən nəticəyə gələcəyik”, – o bildirib.