“Qarabağ” – “Qalatasaray” oyununa biletlərin qiyməti açıqlanıb

“Qarabağ” – “Qalatasaray” oyununun biletlərinin qiyməti və satış məntəqələrinin siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Azərbaycan çempionunun Türkiyə klubu ilə yoldaşlıq görüşünün biletləri sabah satışa çıxarılacaq. Xeyriyyə məqsədi ilə keçiriləcək qarşılaşmanın biletləri saat 11:00-dan əldə etmək mümkün olacaq.

Bunun üçün azarkeşlər 3, 5, 30, 50 və 100 manat ödəməlidir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın fan-şopunda, həmçinin “iticket.az” və onun satış məntəqələrində əldə etmək mümkün olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Əvvəlki məqalə

İrandan Azərbaycana gətirilən portağal və bibərdə virus aşkar edildi

Sonrakı məqalə

İmran Xanın tərəfdarları və polislər arasında toqquşmada 62 nəfər yaralanıb