“Qarabağ” qol sayında mütləq rekorda imza atıb

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXXV turunda “Turan Tovuz”u 4:3 hesabı ilə məğlub edib.

Qurban Qurbanovun başçılıq etdiyi komanda bununla da mövsümdəki qol sayını 95-ə çatdırıb.

Klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarında son 27 ilin ən yüksək göstəricisinə nail olub. 1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qola sevinməyib. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996-1997-ci illər mövsümündə 98 qol vuran “Neftçi” imza atıb.

Ümumilikdə isə “Qarabağ” yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, “Neftçi” (104) və Sumqayıt “Xəzər”i (100) 1992-ci ildə daha çox qol vurub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.