“Qarabağ” “Şamaxı”ya uduzub –Azərbaycan Kuboku

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti matçı keçirilib.

Sonuncu oyun günündə “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. “Şamaxı”nın heyətində qolları 26 və 41-ci dəqiqələrdə Karim Rossi vurub. Ağdam klubunda isə 76-cı dəqiqədə Musa Qurbanlı diqqət mərkəzinə düşüb.

Digər matçda “Turan Tovuz” “Kəpəz”i sınağa çəkəcək. Görüşə saat 19:00-da start veriləcək.

Ötən gün baş tutan “Sumqayıt”–“Zirə” və “Sabah”–“Qəbələ” oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları martın 3-də keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.