““Qarabağ” tank kimi üstümüzdən keçdi” –“Braqa”nın hücumçusu

“Etiraf etməliyik ki, bizim günümüz deyildi. “Qarabağ” tank kimi üstümüzdən keçdi. Növbəti oyunlarda daha diqqətli olmalı, vəziyyəti öz xeyrimizə dəyişməliyik”.

Bu sözləri “Braqa”nın futbolçusu Abel Ruis UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuata açıqlamasında deyib.

Nəticənin ürəkaçan olmadığını bildirən 24 yaşlı hücumçu əlavə edib: “Qarşıda daha bir oyun var. Əvvəlcə diqqətimizi çempionata yönəldəcəyik, sonra isə “Qarabağ”la səfər matçı haqqında düşünəcəyik. Cavab qarşılaşmasında əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ikinci oyun fevralın 22-də Bakıda keçiriləcək.

Əvvəlki məqalə

Naxçıvanın Səfərbərlik üzrə Dövlət Xidmətinin sabiq rəisi həbs edilib

Sonrakı məqalə

Siqaret ən çox ürəyə ziyan vurur –