Qarabağ Universitetinin rektoru yüksək bal toplayan abituriyentlər ilə görüşüb

Qarabağ Universitetinin böyük maraqla qarşılanan təbliğat görüşləri davam edir.

Universitetdən bildirilib ki, rektor Şahin Bayramov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin yüksək bal toplayan abituriyentləri ilə görüşüb.

Şahin Bayramov məzunlara universitetin təhsil planlarından bəhs edib, oxumaq istədikləri ixtisaslara dair sualları ətraflı cavablandırıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.