“Qarabağ” yeni qapıçı ilə müqavilə bağlayıb-FOTO

Azərbaycan çempionu “Qarabağ” ilk transferini reallaşdırıb.

Bu barədə klub açıqlama verib.

Qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.

Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

Əvvəlki məqalə

Bakcell”in dəstəyi ilə “Google AI Hackathon” baş tutub

Sonrakı məqalə

Ermənistan parlamenti hökumətin istefası ilə bağlı iclas keçirəcək