“Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin aktiv qurulması prosesi gedir” –

LAVROV
29 Dekabr 2020 - 15:04

Beynəlxalq gündəmdə olan mövzulardan Dağlıq Qarabağdakı vəziyyətə prioritet diqqət ayırdıq.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Ankaranın münaqişə tərəflərinin öhdəliklərini yerinə yetirilməsinin icrasına göstərdiyi yardım səylərini alqışlayırıq”, – deyə S. Lavrov vurğulayıb.

XİN başçısı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasından da danışıb. O qeyd edib ki, bu Birgə Mərkəz Rusiya və Türkiyə prezidentləri arasındakı razılıq nəticəsində yaradılır: “Hazırda bu mərkəzin aktiv qurulması prosesi gedir”.