Rusiya Sülh Fondu (RSF) Qarabağda həlak olan sülhməramlıların ailələrinə 1 milyon rubl məbləğində yardım göstərəcək.
Azpost.info bildirir ki, bu barədə RSF idarə heyətinin sədri, LDPR partiyasının lideri Leonid Slutski öz Telegram kanalında yazıb.
O deyib ki, Rusiya hərbçiləri sentyabrın 20-də atəşə tutulub və öldürülüb.
“Bizim borcumuz onların ailələrini dəstəkləməkdir” – Slutski əmin edib.
Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişib. İndi həmin zona Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonu (QƏR) adlanır.
Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatına başladığını elan edib. Ertəsi gün Azərbaycan lideri İlham Əliyev əməliyyatın bütün məqsədlərinə nail olunduğunu bəyan edib. Qarabağın separatçı guruhu özünü buraxdığını elan edib. Qondarma qurum 2024-cü il yanvarın 1-də mövcudluğunu dayandıracaq.