Qarabağda işləyən Türkiyə vətəndaşları Laçın dəhlizindəki aksiyaya qoşulub

Qaranlıq və şaxtalı havaya baxmayaraq, qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası gecə saatlında da davam edir.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı dağlarda əks-səda doğurur.

AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, etirazçılara Qarabağın şəhər və kəndlərində müxtəlif bərpa-quruculuq layihələrində çalışan çoxlu sayda Türkiyə vətəndaşı da qoşulub. Aksiyanın keçirildiyi ərazidə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ölməz kəlamı səsləndirilib.

Əvvəlki məqalə

Avropa İttifaqının Zəngəzurla bağlı müşahidə missiyası başa çatır

Sonrakı məqalə

Ermənistan uşaqları hərbi əməliyyatlara cəlb edir –