Qarabağda qəzaya düşən Binəli Yıldırım əməliyyat olunub

Azərbaycanda yol qəzası keçirən AK Partiyanın sədr müavini Binəli Yıldırım İstanbulda yerləşdirildiyi xəstəxanada əməliyyat olunub.

Bu barədə NTV məlumat yayıb.

Qeyd edək ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib, Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlar daha sonra Türkiyəyə yola salınıblar.

Əvvəlki məqalə

“Türk Dövlətləri Təşkilatının vahid pulu yaradılmalıdır…”-

Sonrakı məqalə

“Rusiya beynəlxalq nizamı parçalamağa çalışır”