Qarabağda Rusiya-Türkiyə Birgə Mərkəzi atəşkəsə nəzarət edir –AÇIQLAMA

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin şəxsi heyəti tapşırıqları icra etməkdədir.

Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin verdiyi məlumata görə, rusiyalı sülhməramlılar “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə etməklə atəşkəs rejiminə nəzarəti həyata keçirirlər.

“Birgə Mərkəzin hərbçiləri fasiləsiz olaraq pilotsuz uçuş aparatlarından idarəetmə məntəqəsində təsvirləri qəbul edirlər, harada ki, bütün hərbi texnikanın yerləşməsi, şəxsi heyəti, eləcə də tərəflərin təmas xəttində bütün kəsişmə faktları qeyd olunur. Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir və yoxlayır, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunmuş razılaşmalara əməl etməməsi ilə bağlı məsələlər və ya problemlərlə bağlı şikayətlərə baxır”, – deyə qeyd olunub.

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi yanvar ayının 30-da fəaliyyətə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Əlaqələndirmə Qərargahının iclasını keçirib

Sonrakı məqalə

“Elmar Məmmədyarov özü istefa verməsə…” –