Ümid edirəm ki, bu tədbirlər (Qarabağda lokal antiterror tədbirləri – red.) gələcəkdə uzunmüddətli sülhə doğru bir addım olacaq.
Bu barədə “Milliyet” qəzetinə müsahibəsində Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, xüsusən də Ermənistan üzərinə düşən vəzifələri və razılaşmaları yerinə yetirildiyi halda bölgədə tam sülh və əmin-amanlıq mühiti yaranacaq. Türkiyəli nazir onu da əlavə edib ki, Azərbaycan ermənilərin təxribatlarına lazım olan şəkildə cavab verib.
“Qarabağda 44 gün ərzində başa çatan müharibənin sonunda Ermənistan atəşkəs sazişi imzalayıb. İmzaladığınız müqavilə var və onun şərtlərinə əməl etməlisiniz. Bunların hamısı qanla yazılıb, şəhidlər verilib, qazilərimiz var və bunun nəticəsində bir müqavilə var. İndi “mən əməl etmirəm, Zəngəzur dəhlizini açmayacağam” deyimi qəbul oluna bilərmi?”, o deyib. (APA)