Qarabağdan gedən ermənilərdən 1437-si Ermənistan vətəndaşlığını alıb

Qarabağdan gedən 2075 erməni Ermənistan Respublikası vətəndaşlığı üçün müraciət edib, onlardan 1437 nəfəri vətəndaşlığa qəbul edilib.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan bildirib.

“Hazırda Qarabağdan gələn 96 696 nəfər müvəqqəti mühafizə şəhadətnaməsi alıb, 83 942 nəfər qeydiyyata alınıb, 2 075 nəfər Ermənistan vətəndaşlığı üçün müraciət edib, onlardan 1 437 nəfər vətəndaşlığa qəbul edilib”, – Sarkisyan deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.