“Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb” –Prezidentin köməkçisi

“Gecə boyu Rusiya sülhməramlı qüvvələri ilə dialoq əsnasında mütəmadi əməkdaşlığımız davam edib”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, bu vasitə ilə Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb: “Bu baxımdan, yerli əhalinin təhlükəsizliyi koordinasiyalı formada təmin edildi. Azərbaycan Silahlı Qüvvələri, Rusiya sülhməramlıları və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə lazımı məlumatlar göndərildi. Prosesin davamı olaraq, rus sülhməramlıları və beynəlxalq tərəfdaşlarla birlikdə tədbirlərimizi davam etdirirdik, təkliflər irəli sürülmüşdü. Yekun olaraq, saat 13:00 prosesin dayandırılması razılaşdırıldı”.

Əvvəlki məqalə

Qarabağın erməni sakinlərinin reinteqrasiya planı hazırdır –

Sonrakı məqalə

Rəsmi Bakı Qarabağın erməni sakinləri ilə sabahkı görüşə hazırdır