“Qarabağla bağlı mübahisələr var…Hər şey edəcəyik” –PUTİN

“Qarabağla bağlı mübahisələr, üzərində işləyə biləcəyəmiz məsələlər var. Prosesin dinc yolla getməsi üçün hər şey edəcəyik”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
Putin bildirib ki, ticarət-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyaları ilə bağlı  müəyyən edilmiş sazişlər var.
“Bütün hallarda təkcə orada yaşayanların təhlükəsizliyinin təmin olunmasından başqa ticarət-iqtisadi əlaqələr, kommunikasiyaların açılması ilə bağlı artıq müəyyən razılaşmalar var. Bilirəm ki, hələ də müəyyən mübahisələr var, izərində işləyəcəyimiz məsələlər var. Biz öz tərəfimizdən hər şey edəcəyik ki, bütün bu proses dinc vasitələrlə, sülh yolu ilə inkişaf etsin. Və biz bu prosesə cəlb olunmuş bütün tərəflərin razılığına nail olaq“-deyə Putin bildirb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir