“Qarabağla bağlı sazişi pozmağa cəhd edənləri müharibə gözləyir” –

PUTİNDƏN XƏBƏRDARLIQ
20 Noyabr 2020 - 21:27

“Moskva, Bakı və Yerevan arasında imzalanmış üçtərəfli sazişin icrasına mane olmağa cəhd edənlər başa düşməlidirlər: Bu sənədin alternativi müharibədir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Qarabağda sülhməramlı missiyanın fəaliyyətinə dair keçirdiyi iclasda bildirib.

Putin bununla bağlı xəbərdarlıq edib: “Üçtərəfli bəyanatın imzalanmasına mane olmaq tendensiyası barədə burada deyilən sözlər mənim üçün gözlənilməz oldu. Bunu edən adamlar başa düşməlidir-Bu sənədin alternativi yalnız müharibədir”.

Putin bildirib ki, əgər bu baş versə tökülən qan bu adamların boynunda qalacaq: “Bunu hamı başa düşməli və özünə hesabat verməlidir”-deyə Putin bildirib.