Qaraçuxurda kütləvi dava olub

Bakının Suraxanı rayonunda kütləvi dava baş verib.

Hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü İsmayılov Namiq Mürvət oğlu və tanışı Vüsal adlı şəxs Binə qəsəbəsindən Qaraçuxur qəsəbəsindəki gölün kənarına aparılıb. N.İsmayılovun yaxınları bildirib ki, onu 7 nəfər döyüb. Yaralı xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. N.İsmayılovun yaxınlarından və onun özündən ilkin izahat alınıb.

Hazırda hadisənin dəqiq təfərrüatları araşdırılır. (APA)

Əvvəlki məqalə

Co Baydenin həyat yoldaşı koronavirusa yoluxub

Sonrakı məqalə

Belaruslu miqrantlar Polşa ilə sərhəd hasarını dağıtmağa cəhd edib