Xalq artisti Siyavuş Aslanın böyük oğlu Çingiz dünyasını dəyişib. Məlumata görə, mərhumun nəşi Sabunçu rayonundakı Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyindədir. Artıq TƏBİB də Çingiz Aslanın ölümü ilə bağlı rəsmi məlumat yayıb. Dəfn yerini soruşmaq üçün Moderator.az Çingizin qardaşı Eldar Aslanla əlaqə saxlayıb.
“Vallah xəbərim yoxdur. Ailəsi olaraq xəbər versəydilər bilərdik. Deyirlər ki, 5 gündür dünyasını dəyişib, nə əcəb bu 5 gündə sosial şəbəkələrdə yayılmadı? Kimsə mənə zəng etmədi? Bizim ailə qəbirstanlığımız yoxdur. Atamı fəxri xiyabanda dəfn ediblər, anamı isə Yasamal qəbirstanlığında. Anamın yanında da yer yoxdur. Səhər açılar, hər şey aydın olar. Onsuz da bu yolu götürmüşdü, ona doğru gedirdi. Başqa cür olması mümkün deyildi. Bu insan 60 yaşında da pis vərdişlərindən əl çəkmədi” deyə sənətkarın övladı bildirib”, – Eldar Aslan deyib.
O, qardaşı ilə münasibətinin heç vaxt yaxşı olmadığını bildirib.
“Əslində böyük qardaş o idi. Böyük qardaş atanın yarısı deməkdir. Mən əlimdən gələni edirdim. Amma o heç nə etmirdi. Onunla aramızda qardaşlıq olmayıb. Barmaqla sayaram ki, mən bu insanı neçə dəfə görmüşəm. Həyatının 20 ilini həbsxanada yatıb. Evdə də tapılmırdı. Ondan qayğı görməmişəm. Əvvəldən aramızda soyuqluq var idi. Atam da heç sağlığında qoymurdu ki, onunla oturub-durum. Deyirdi ki, “nə badə həbsxanaya yanına gedəsən”. Bir-iki dəfə atamla getmişdim. Bir atanın övladıyıq. Bir qardaş kimi boynuma nə düşürsə, onuda etməliyəm” deyə Eldar Aslan deyib.
Eldar Aslan deyib ki, hazırda işsizdir: “2019-cu ildə pandemiya olandan Moskvadan aralanıb, Bakıya gəldim. İşimi itirdim. İndiyə qədər iş-güc tapa bilmirəm ki, kirayə pulumu verə bilim. Var-dövlət istəmirəm, normal həyat sürmək istəyirəm. Savadıma, təcrübəmə uyğun işistərdim. Yaşımın çox olduğunu bilib işə götürmürlər”.