Qazaxda azyaşlı qızın toy mərasiminin qarşısı alınıb –DİN

Qazaxda yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin APA-ya verdiyi məlumata görə Qazax rayon Polis Şöbəsinə rayonun Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb.

Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Əvvəlki məqalə

470 alimə Şuşaya səfər vəd edən Əlvan Cəfərov –

Sonrakı məqalə

“Qəfildən “sevirəm” deyib qaçdım…Mənə görə haqsızlıqlara məruz qalıb” –