“Qazaxın işğal altında olan kəndləri noyabrın 20-dək Azərbaycana qaytarılacaq” –

ƏRDOĞANDAN MÜHÜM AÇIQLAMA
11 Noyabr 2020 - 15:35

“Razılaşmaya görə, Ermənistan Kəlbəcəri noyabrın 15-dək, Ağdam rayonunu, Qazax rayonunun işğal altında olan kəndlərini noyabrın 20-dək, Laçını isə dekabrın 1-dək Azərbaycana qaytarmalıdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“İşğalın ardından evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər”, – o qeyd edib. (Report)