Qazaxıstan Rusiya qiymətli kağızlarının ölkədən çıxarılmasını tələb edib

Qazaxıstandakı Mərkəzi Qiymətli Kağızlar Xidməti müştəriləri ölkədən Rusiya qiymətli kağızlarını çıxarmağa çağırıb.

Azpost.info xəbər verir ki, bu tələb ABŞ-ın Rusiya Milli Hesablaşma Depozitarına qarşı sanksiyaları ilə bağlıdır.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin Moskva Birjası və onun strukturları ilə əməliyyatları başa çatdırmaq üçün lisenziyası avqustun 13-dək etibarlıdır. Bununla belə, Rusiya qiymətli kağızlarının Qazaxıstandan çıxarılması üçün son tarix avqustun 10-dək müəyyən edilib.

Bu onunla izah olunur ki, Qazaxıstanın Mərkəzi Depozitari müştərilərdən təlimatların alınması və işlənməsi üçün vaxt tələb edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.