Qazaxıstanda 5,3 bal gücündə zəlzələ oldu

Qazaxıstanın şərqində yerləşən Jetısu bölgəsində yerli vaxtla saat 23:42-də 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Çinlə sərhəddə yerləşən Jarkent şəhərindən 40 km aralıda, ocağı isə 8 km dərinlikdə yerləşib

Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur.

Əvvəlki məqalə

Azərbaycanın Xalq artisti vəfat edib

Sonrakı məqalə

Bayden və Makron yaxın saatlarda “Hizbullah” və İsrail arasında atəşkəs qərarını elan edəcək