Qazaxıstanın qərbindəki Janajol qaz-kondensat yatağında yanğın baş verib.
Bu barədə REN TV məlumat yayıb.
Yanğın qaz emalı zavodunun ərazisindəki yüngül karbohidrogenlərin istehsalı zavodunda başlayıb.
Dörd işçi ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti stabildir.
Hadisənin səbəbləri araşdırılır.