Qazaxıstanda uşaqlar valideynlərindən BMT-yə şikayət edə biləcəklər

Qazaxıstan parlamentinin aşağı palatası uşaqların valideynlərindən birbaşa BMT-yə şikayət etməsinə icazə verən qanun layihəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə “EADaily” yazır.

Qanun layihəsi uşaq hüquqlarının müdafiəsi səviyyəsinin artırılmasına yönəlib.

Parlamentin sosial-mədəni inkişaf komitəsinin sədri Asxat Aymaqambetov qeyd edib ki, BMT Komitəsi hər bir işə baxacaq:  “Protokola uyğun olaraq, uşaqlar və ya onların nümayəndələri hüquqlarının pozulması ilə bağlı birbaşa olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə şikayət verə bilərlər. Komitə hər bir halı nəzərdən keçirir və iştirakçı dövlətlərə konkret tövsiyələr verir”.

Azpost.info

Əvvəlki məqalə

Çin lideri son 6 ildə ilk dəfə ABŞ-da rəsmi səfərdədir

Sonrakı məqalə

Külək güclənəcək, leysan olacaq, dolu düşəcək