Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları sentyabrın 21-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 2 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 4 müəssisədə nöqsanlar müəyyən olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 4, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında link vasitəsilə məlumat almaq mümkündür.

Əvvəlki məqalə

Bütün müavinət və təqaüdlər sentyabrın 26-da ödəniləcək

Sonrakı məqalə

Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı açıqlanıb