Qırmızı dənizdə ABŞ-a məxsus yük gəmisinə hücum edilib

Husilər Qırmızı dənizdə ABŞ-a məxsus yük gəmisinə raket hücumu həyata keçirib.

APA “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nümayəndəsi Yəhya Sari bildirib.

Sarinin sözlərinə əsasən, raket zərbələri dəqiq və dağıdıcı olub. Zərbələr, gəmi əleyhinə raketlərdən istifadə edilməklə ABŞ-a aid olan “Star İris” ticarət gəmisinə endirilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.