Qız qalasının yanını parkinqə çevirən sürücü- FOTO

Qız qalasının yanında
Qız qalasının yanında

Paytaxtın Səbail rayonu, Neftçilər prospekti, Qız qalasının yanında dayanma-durma qaydalarını kobud şəkildə pozan sürücü görüntülənib.

AzPost xəbər verir ki, 77-UR-893 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını düz Qız qalasının yanında saxlayıb.

Qeyd edək ki, tarixi qoruq ərazisində bu cür hərəkət qayda pozmaqla yanaşı həm də mədəniyyət abidəsinə qarşı hörmətsizlikdir.

Ümid edirik ki, aidiyyəti dövlət qurumları qayda pozan sürücü barəsində müvafiq tədbir görəcək.

Qeyd edək ki, dayanma və ya durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.