“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.
Bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.
Mərasim oktyabrın 28-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.
Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını Lionel Messi qazanıb. ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı ulduz futbolçu səkkizinci dəfə bu mükafata sahib çıxıb(azərtac).