Qızılca ilə bağlı məktəblər karantinə bağlana bilərmi?

Son vaxtlar qızılcaya yoluxma halları artıb. Qızılcaya yoluxanlar arasında uşaqlar üstünlük təşkil edir. Bu səbəbdən qızılcaya yoluxmalarla bağlı hansısa məktəb və ya sinfin karantinə bağlanıb-bağlanmaması məsələsinə aydınlıq gətirilib.

Bu barədə APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.

O qeyd edib ki, qızılcaya yoluxma ilə bağlı hansısa məktəb və ya sinfin karantinə bağlanması ilə bağlı hal yoxdur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.