Qızının maşınla vurduğu ana xəstəxanada ölüb

Balakəndə övladının avtomobillə vurduğu ana 17 gün sonra xəstəxanada ölüb.

Hadisə mart ayının 1-i rayonun Talalar kəndində baş verib.

Talalar kənd sakini 33 yaşlı Aygün Qarayeva yaşadığı evin həyətyanı sahəsində “Niva” markalı minik avtomobilini idarə edərkən ehtiyatsızlıqdan evin pilləkənində oturan anası 59 yaşlı Məlahət Qarayevanı vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Qarayevaya Balakən Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. M.Qarayeva hadisə baş verdikdən 17 gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Ceyhun Bayramov Belçikaya səfərə gedib

Sonrakı məqalə

Çin rəhbəri Rusiyaya gəldi