QMİ 2023-cü il üçün Həcc müqaviləsi imzalayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2023-cü il üçün Həcc müqaviləsi imzalayıb.

Bu barədə QMİ-dən bildirilib.

Belə ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdədir.

İki tərəf arasında görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb. Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar.

Əvvəlki məqalə

Dekabrda 1000 nəfərdən çox şəxsə pensiya təyin edilib

Sonrakı məqalə

Mingəçevirdə sürücülər yol üstə dalaşdılar –