Qondarma rejimin “seçki” təxribatları erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı zərbədir- XİN

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) xarici media üçün brifinq keçirib.

XİN-dən verilən xəbərə görə, Ceyhun Bayramov Ermənistanın ərazilərimizin işğalı nəticəsində yaratdığı qondarma rejimin 9 sentyabr tarixində “seçki” adı altında təxribatlarının erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı növbəti zərbə olduğu diqqətə çatdırıb.

O, ölkəmizin konstruktiv mövqeyi və addımlarının qarşılığında Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlar törətməsinin, öhdəliklərinə zidd olaraq suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı davranış sərgiləməsinin, mina təhdidini davam etdirməsinin, əsassız iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparılmasının müşahidə olunduğunu qeyd edib.

Əvvəlki məqalə

Paşinyanın qondarma rejimi təbriki Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların sübutudur

Sonrakı məqalə

İrandakı səfirliyimizə hücumda ittiham olunanların məhkəməsi başlayır