Quba-Xınalıq yolunda uçqun olub –VİDEO

Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

Hadisə yolun 52-ci km-də qeydə alınıb. Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini ərazidən uzaqlaşdıraraq yollarına davam ediblər.

Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yol qaya parçalarından tamamilə təmizlənib.

İlkin ehtimala görə, uçquna son günlər yağan intensiv yağışlar səbəb olub. (APA)

https://youtu.be/S8WUljf_cw8

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TƏBİB “Semaşko” ilə bağlı yayılan görüntülərlə əlaqadar açıqlama verdi

Sonrakı məqalə

Rayonlara getmək istəyən 900 avtomobil geri qaytarılıb –