Qubad İbadoğlunun ADR Hərəkatı Naxçıvanda fəaliyyətini dayandırıb

Naxçıvanda ADR Hərəkatı təşkilatı fəaliyyətini dayandırıb.
Azpost.info bildirir ki, bu barədə ADR hərəkatı təsis konfransının üzvü, Naxçıvar MR təşəbbüs qrupunun rəhbəri Zakir Babayev məlumat verib.
5 rayon təşkilatından 46 üzvün imzaladığı Bəyanatda bununla bağlı səbəblər açıqlanıb.
Bəyanatda deyilir ki, Təsis yığıncağında ADR sədri Qubad İbadoğlu Azərbaycana dönəcəyinə aid söz versə də  bu baş verməyib. Bu müddət ərzində Qubad İbadoğlu, nə də ADR rəhbərliyi Naxçıvan MR təşkilatı ilə maraqlanmayıb.
Təşkilat üzvləri Q. İbadoğlunun ADR Hərəkatını qiyabi olaraq idarəsindən narazılıq ediblər. Onlar saədrin partiyada avtoritar idarəetmə yaratdığını bildiriblər.
“Ən əsası isə Q. İbadoğlu ADR-in təsis yığıncağında çıxış edərkən açıqladığı kursa sadiq qalmadı. O, bəyan etmişdi ki, ADR konstruktiv siyasət yürüdəcək, proqramlar hazırlanacaq, populizm və şüarçııqdan uzaqda dayanacaq.
Ancaq belə olmadı. Q.İbadoğlu Londonda oturub bloqqer kimi radikal və populist çıxışları ilə ADR-in konstrktiv kursunun ziddinə getdi və bu gün də o fəaliyyətini davam etdirir. Belə bir durumda ADR-dən kənarlaşmaq qərarına gəldik” -deyə Zakir Babayev vurğulayıb.
Azpost.info
Əvvəlki məqalə

Paşinyan Qarabağda 44 günlük müharibə ilə bağlı komissiyanın iclasına qatılacaq

Sonrakı məqalə

Ərdoğan və Bayden NATO sammiti çərçivəsində görüşə bilər