Quba rayonunda ana və uşaq ölümü olub.
Xaçmaz rayonundan Quba Perinatal Mərkəzinə gətirilən Xaçmaz sakini 1981-ci il təvəllüdlü Pərzad Qasımova dünyasını dəyişib.
Mərkəzdən APA-ya verilən məlumata görə, hamilə qadın ağır vəziyyətdə mərkəzə çatdırılıb. Göstərilən tibbi yardıma baxmayaraq ana və uşağın həyatını xilas etmək mümkün olmayıb.