Qubada doğuş zamanı ana və uşaq ölüb

Quba rayonunda ana və uşaq ölümü olub.

Xaçmaz rayonundan Quba Perinatal Mərkəzinə gətirilən Xaçmaz sakini 1981-ci il təvəllüdlü Pərzad Qasımova dünyasını dəyişib.

Mərkəzdən APA-ya verilən məlumata görə, hamilə qadın ağır vəziyyətdə mərkəzə çatdırılıb. Göstərilən tibbi yardıma baxmayaraq ana və uşağın həyatını xilas etmək mümkün olmayıb.

Əvvəlki məqalə

Türk dövlətlərinin dini vəhdət platforması –

Sonrakı məqalə

Gəncədə kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqlayıb