Qazilər, Birinci və İkinci Vətən Müharibəsi iştirakçıları ilə bağlı Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi növbəti dördüncü-sonuncu tədbir Quba rayonunda düzənlənib.
Tədbir “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, o cümlədən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.
Sentyabrın 25-də, saat11:00-da Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzi baş tutan tədbir iki saatdan çox davam edib.
Tədbirdə “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri, Şəhid anası Tünzalə Abduləlimova, “Vətən Naminə” təşkilatının digər təmsilçiləri, o cümlədən Qubalı və Qusarlı Qazilər, Birinci və İkinci Vətən Müharibəsi iştirakçıları və bəzi Şəhid ailələri, Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər şəxslər iştirak ediblər.
Tədbirdə öncə 19-20 sentyabr 2023-cü il Şəhidləri də daxil olmaqla, cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədriTünzalə Abduləlimova tərəfindən layihənin mahiyyəti, məqsədi barədə məlumat verilib.
Bir daha diqqətə çatdırılıb ki, əsas məqsəd Qazilərə, Birinci və İkinci Vətən Müharibəsi iştirakçılarına mənəvi dəstək göstərmək, onlara psixoloji durumları ilə bağlı kömək etməkdir.
Bununla yanaşı, Qazilərin, Birinci və İkinci Vətən Müharibəsi iştirakçılarının problemlərini dinləyib, aidiyyatı qurumlara çatdırmaq və həmin problemlərin həllinə nail olmaqdır.
Tünzalə Abduləlimovanın qısa nitqindən-layihə ilə bağlı təqdimatından sonra çıxışlar başlayıb.
Qubalı və Qusarlı Birinci və İkinci Vətən Müharibəsi Qaziləri, Şəhid ailələri və digər şəxslər çıxış ediblər.
Qubalı və Qusarlı Qazilərdən Volodya Maverdiyev, Tariyel Ağasiyev, İlkin Abuyev, Zaur Oğuz, İlkin Babayev və digər çıxışlarında Qazilərlə bağlı bir sıra məsələlərə toxunublar.
Çıxışlarda Qazilərin, eləcə də Şəhid ailələrinin üzləşdiyi, qarşılaşdığı bır sıra problemlərindən, o cümlədən, Qazilərə mənəvi-psixoloji dəstək göstərilməsindən, onların diqqət və qayğı ilə əhatələnməsinin zəruriliyindən bəhs ediblər.
İki saatdan çox səmimi, isti və açıq atmosferdə davam edən tədbirin sonunda xatirə fotoları çəkdirilib.