Qubadlıda mina partlayıb –ANAMA-nın əməkdaşı yaralanıb, minaaxtaran it ölüb

partlayış
partlayış

Avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Qubadlı rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.