Rövşən Mustafayev 15 sutka həbs olundu –QƏRAR (YENİLƏNİB)

Məhkəmənin hökmü ilə Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

***

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.

İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Məhkəmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinirlər. 

Bu maddə üzrə təqsirli bilinən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. (APA)

**

Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, məhkəmədə DİN əməkdaşı ifadə verərək saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib. Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb və İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib.

Polislər bir nəfərə xəbərdarlıq edərək həmin ərazidən uzaqlaşıblar.

www.facebook.com/watch/?v=243882353682165&extid=Sfmn1K8jFeZb93W1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Karantində toya getdiyinə görə Siyavuş Novruzova töhmət verildi

Sonrakı məqalə

Ramiz Mehdiyevin kürəkəni həbs olundu –