Qum, çınqıl, daş karxanasının sahibləri onu başqa şəxsə verə bilməz –Qanun dəyişdi 

Azərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənləşib.

Bununla bağlı “Yerin təki haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi (icazəni alan) icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz.

Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. (Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aşura günü qan vermiş 169 nәfәrdә tәhlükәli xәstәlik aşkarlandı –

Sonrakı məqalə

Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozub –