Qurban Qurbanov AFFA-nın baş məşqçi ilə bağlı iclasına qatılmayıb

AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda keçirilən son iclasında maraqlı hadisə yaşanıb.

Azpost.info bildirir ki, Qol.az -ın əldə etdiyi məlumata görə, İK-nin üzvü və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iclasda iştirak etməyib.

Qeyd edək ki, bu iclasda Azərbaycan millisinin baş məşqçiliyinə təyinat müzakirə olunub. Müzakirələr nəticəsində portuqaliyalı Fernandu Santuş millinin baş məşqçisi təyin edilib.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Qurban Qurbanov baş məşqçi məsələsinin həssaslığını əsas gətirərək toplantıda iştirak edə bilməyəcəyini deyib.

Əvvəlki məqalə

Məktəb direktoru 1 milyon manatlıq mənimsəmədə ittiham olunur

Sonrakı məqalə

Gürcüstan və Rusiya diplomatik münasibətləri bərpa edir