Qurban Qurbanovdan “avtoşluq” edən futbolçu ilə bağlı qərar- Əsas heyətdən kənarlaşdırdı (FOTO)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Araz Abdullayevi Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfərə gedən heyətə daxil etməyib.

“Report”un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib.

Azərbaycan millisinin üzvü barədə yekun qərarın necə olacağı hələlik bilinmir.

Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var”

Sonrakı məqalə

“Küçələrdə səs-küy salan bu insanlar xalqdan çox uzaq düşüblər”