Qusarda 94 yaşlı Nazpəri özünü asaraq intihar edib

Qusar rayonunun Laza kənd sakini, 1929-cü il təvəllüdlü Pirəliyeva Nazpəri Şərif qızı yaşadığı evdə özünü asıb.

Qarının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır. (Report)

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.